Ərdoğan: Türkiyə Yunanıstana kömək etməyə hazırdır
Türkiyə Yunanıstana ehtiyac yaranacağı təqdirdə, meşə yanğınlarının söndürülməsi üçün kömək etməyə hazırdır.
1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Yunanıstan Türkiyənin qonşusudur və Türkiyə xalqı qonşu Yunanıstan xalqına başsağlığı verir.
Qeyd edək ki, iyulun 23-də paytaxt Afina yaxınlığında meşəlik ərazilərdə güclü yanğın başlayıb. Yanğın nəticəsində 50 nəfər ölüb, ən azı 150 nəfər xəsarət alıb.
Attika paytaxt bölgəsində fövqəladə vəziyyət elan olunub.
1news.az
474