Serj Sarkisyan Avropaya üz tutub | 1news.az | Xəbərlər
Ermənistan

Serj Sarkisyan Avropaya üz tutub

10:44 - 24 / 07 / 2018
Serj Sarkisyan Avropaya üz tutub

Ermənistanın sabiq prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan hazırda Avropadadır.

1news.az  xəbər verir ki, bu barədə "Joxovurd" nəşri yazıb.

Məlumata görə, Sarkisyan İtaliyaya gedib və Avropada tibbi müayinədən keçəcək.

Ermənistanın Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan faktı təkzib etməyib.

"Bəli, ola bilsin. Mən bu barədə məlumatlı deyiləm, amma bilirəm ki, müayinəyə getməli idi. 10 gün müddətinə xaricdə olacaq”.

O, Sarkisyanın həqiqətən sağlamlıq probleminin olub-olmadığı barədə suala cavab verməkdə çətinlik çəkib.

P.Sultanova

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər