Paşinyandan geriyə addım: 102-ci hərbi baza Ermənistanın təhlükəsizlik mənbəyidir | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyandan geriyə addım: 102-ci hərbi baza Ermənistanın təhlükəsizlik mənbəyidir

10:33 - 26 / 07 / 2018
Paşinyandan geriyə addım: 102-ci hərbi baza Ermənistanın təhlükəsizlik mənbəyidir

Rusiyanın 102-ci hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin mühüm tərkib hissəsidir.

1news.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Exo Moskva” radiosuna müsahibəsində verib.

O bildirib ki, imzalanmış müqavilələr var və həmin sənədlərə görə, bu hərbi bazanın xüsusi öhdəlikləri var.

“Amma bu, o demək deyil ki, həmin hərbi bazanın fəaliyyəti ilə bağlı heç bir problemimiz yoxdur. Lakin ümumiyyətlə, dediyim kimi Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının mövcudluğu Ermənistan Respublikasının milli maraqlarına uyğun gəlir. Bu, mənim və ya digər hökumət nümayəndələrinin fkirlərinə deyil, ümumilikdə Ermənistanın milli maraqlarına cavab verir və bu, hamıya aydındır".

Paşinyan bildirib ki, Rusiya sərhədçiləri - Türkiyə ilə Ermənistan arasındakı sərhədləri qoruyurlar. Və bu, Ermənistan üçün çox vacibdir: "Çünki  bizim silahlı qüvvələrimiz faktiki olaraq bu öhdəlikdən azad olunurlar. Ona görə ki, bu, uzun sərhədin qorunması məsuliyyətini üzərimizə götürmək bizim üçün ağır bir yük olardı.

Qeyd edək ki, iyulun 17-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbçiləri Şirak bölgəsinin Panik kəndində təlim keçiriblər. Ermənistan mətbuatı və rəsmiləri bu təlimdən vahimələndiklərini bəyan ediblər.  Sakinlər təlimlə bağlı xəbərdarlıq edilmədiklərini söyləyiblər.

Baş nazir Nikol Paşinyan bunu “qəbuledilməz hal” adlandırıb. Paşinyan deyib ki, bu, Ermənistanın suverenliyinə və Rusiya ilə dostluq münasibətlərinə qarşı təxribatdır, günahkarlar cəzalandırılmalıdır.

Müdafiə naziri David Tonoyan isə Ermənistandakı Rusiya sərhəd qoşunlarının statusuna yenidən baxıla biləcəyini bəyan edib. Onun sözlərinə görə, bunlar daş üzərində oyulmuş sənədlər deyil və zamanla hüquqi-müqavilə dəyişiklikləri tələb edən problemlər yaradır: “Bu, əlbəttə ki, həyata keçiriləcəkdir”.

P.Sultanova

Paylaş:
694

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər