Görünməmiş vəhşilik: altı aylıq körpəni əvvəl yandırdı, sonra dəmir yoluna atdı – FOTO
Ötən həftə ABŞ-ın Luiziana əyalətində 25 yaşlı bir qadın daha iki nəfərlə birlikdə ananın üzünə gözyaşardıcı qaz sıxaraq altı aylıq uşağını qaçırıb.
1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, canilər qaçırılan uşağı yandırdıqdan sonra onu dəmir yoluna atıblar.
Levi Kole Ellerbe adlı oğlan uşağı aldığı ağır dərəcəli yaralar səbəbindən xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı polis 90 dəqiqə ərzində uşağı tapıb. Belə ki, polisə həmin qəsəbədə dəmir yolu üzərində yanğının baş verdiyi bidirilib.
S.Xankişiyeva
868