Ermənistan "Metsamor" AES-i bağlamaq niyyətində deyil

Ermənistan "Metsamor" atom elektrik stansiyasını bağlamaq niyyətində deyil.
1news.az xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan “Exo Moskva” radiosuna müsahibəsində deyib.
Paşinyan bildirib ki, hazırda atom elektrik stansiyasının ömrünü uzatmaq üçün çalışırlar:
“Ermənistanın nüvə enerjisinə malik olması çox vacibdir və biz indi atom elektrik stansiyasının istismarını 2040-cı ilə qədər uzatmağa ümid edirik, buna qədər isə yeni bir atom elektrik stansiyası qurmağa çalışacağıq ".
Ermənistanın baş naziri bu məsələdə Rusiyanın köməynə ümid edir:
"Ümid edirəm ki, Rusiya bu məsələdə bizə kömək edəcək. Təəssüf ki, müstəqil olaraq bu prosesə başlamaq üçün bizim kifayət qədər maliyyə resurslarımız yoxdur. Ancaq Rusiyadan olan həmkarlarımız kömək edərsə, biz çox şad olarıq. Atom stansiyasını bağlamağı düşünmürük”.
Xatırladaq ki, "Metsamor" AES-in istismar müddəti çoxdan başa çatıb və bu, bütün region üçün təhlükə mənbəyidir,
P.Sultanova