KTMT-nin baş katibinə qarşı ittiham irəli sürülüb | 1news.az | Xəbərlər
Ermənistan

KTMT-nin baş katibinə qarşı ittiham irəli sürülüb

14:53 - 27 / 07 / 2018
KTMT-nin baş katibinə qarşı ittiham irəli sürülüb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb.

1news.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o, 2008-ci ilin mart hadisələri zamanı Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunur.

Qeyd olunub ki, mart hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə edilmiş sübutlar yetərli hesab olunub.

Yerevan məhkəməsində Y.Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırılıb.

Xatırladaq ki, Y.Xaçaturov 2008-2016-cı illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub.

S.Xankişiyeva

 

 

Paylaş:
651

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər