Türkiyə səfirliyinin xanım diplomatı itkin düşüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə səfirliyinin xanım diplomatı itkin düşüb

09:45 - 27 / 07 / 2018
Türkiyə səfirliyinin xanım diplomatı itkin düşüb

Türkiyənin Meksikadakı səfirliyinin xanım diplomatı itkin düşüb.

1news.az xəbər verir ki, hazırda Meksikanın Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Səfirliyin ikinci katibi 29 yaşlı xanımın iyulun 2-dən harda olması barədə heç bir məlumat yoxdur. Səfirlik işçilərinin sözlərinə görə, iyulun 2-dən 16-dək xanım əməkdaşın elektron ünvanından məktublar gəlib və o, xəstə olduğunu, xəstəxanaya getdiyini yazıb.

Səfirlik işçiləri bundan narahat olublar, iyulun 17-də diplomatın evinə gedərək, bir  qeyd qoyublar. Lakin heç bir cavab verilməyib, yalnız 23 iyul tarixində onun elektron ünvanından məzmunsuz bir məktub gəlib. Bundan sonra səfirlik hüquq-mühafizə orqanlarına müraciət edib.

P.Sultanova



Paylaş:
449

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər