Rasim Musabəyov: Paşinyanın müsahibəsi yalan və cəfəngiyatdır | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Paşinyanın müsahibəsi yalan və cəfəngiyatdır

10:28 - 27 / 07 / 2018
Rasim Musabəyov: Paşinyanın müsahibəsi yalan və cəfəngiyatdır

1news.az Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edir.

- Nikol Paşinyan “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktova müsahibə verərək bildirib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və Sovetlər Birliyinin qanunlarına əsasən Azərbaycanın tərkibindən çıxıb...

- Onun danışıqları cəfəngiyatdır. Bu, o deməkdir ki, Paşinyan çoxdan erməni təbliğatının alətinə çevrilib və özünüaldatma ilə məşğul olur. Sovet qanunlarına görə heç kəs SSRİ-nin tərkibindən çıxmayıb. Sovetlər Birliyi süquqta yetdi və sərhədlər sovet qanunlarına əsasən təyin edilməyib.

Belə bir beynəlxalq-hüquqi prinsip var – inzibati sərhədlər dövlət süquta yetirildikdən əvvəl necə idisə, o cür də qəbul edilərək tanınır. Bu, SSRİ-nin süqutuna son qoyan Almata bəyannaməsində öz əksini tapıb.

Məhz həmin əsasda keçmiş Sovetlər Birliyinin respublikaları BMT-yə qəbul edilərək, beynəlxalq cəmiyyət tərəfindən təsdiqlənib. Buna görə də, təkrar edirəm ki, Paşinyanın sözləri cəfəngiyyatdır.

Əgər sovet qanunlarını götürsək, Dağlıq Qarabağda referendum SSRİ-nin Ali Soveti tərəfindən səlahiyyət verilməli idi. Bu, olmadı. Referendumun nəticələri də SSRİ-nin Ali Soveti tərəfindən təsdiq edilməli idi. Buna görə də Paşinyanın bütün fikirləri boş və mənasıdır. Ermənilər bu fikirləri 25 ildir ki, təkararlayırlar. Dünyanın heç bir ölkəsində bu cür dəliləri yaxın belə buraxmırlar.

- Onun versiyasına görə, Ermənistanda yaşayan azərbaycanlılar ölkədən qaçmayıb. Erməni hökuməti onları sivil qaydada yola salıb və heç bir zorakılıq faktı olmayıb...

- Bu, heç bir fakta əsaslanmayan erməni təbliğatıdır. Konkret faktlar var ki, 180 azərbaycanlı ya evlərində, ya da Azərbaycana gələrkən yolda öldürülüb. Bu cür köhnə erməni təbliğatına diqqət yetirmək istəməzdm.

- Həmçinin Paşinyan qeyd edib ki, Rusiya regionumuzda gərginliyin olmaması və “Azərbaycanı saxlamaq” kimi vasitəsi var...

- Rusiyanın siyasi nüfuzu var, onun sözünə fikir verilir, lakin bununla yanaşı Azərbaycanın öz hüquqları var.

Erməni ordusu tərədindən Azərbaycan işğal olunmuş ərazilərindən tətbiq olunan istənilən güc nə Ermənistan-Rusiyanın müttəqin münasibətlərinə, nə də KTMT sahəsinə aid deyil.

Rusiya silahlı münaqişənin yaranmaması üçün siyasi təsir imkanına malikdir. Lakin Ermənistan işğalçı siyasətini davam etdirərsə, Azərbaycan gələcəkdə məcburi qaydada gücə əl atacaq. Belə olan halda Rusiya tərəfindən Ermənistana hərbi müdaxilədən söhbət ged bilməz.  

- Müsahibə zamanı Paşinyan ermənilərə verilən “Güzəştlərə harısınızmı?”, heç kimin “Azərbaycan güzəştlərə hazırdımı?” sualını verməməsilə bağlı narazılığını bildirib.

- Ermənistana bu cür suallar ona görə verilir ki, çünki məhz Ermənistan işğalçıdır. Paşinyan elə bilir ki, güzəştlərə getməyə hazırlıq Azərbaycan işğal olunmuş ərazilərlə bağlı Ermənistana danışıqlara güzəşt edəcək.

Azərbaycan tərəfinin kompromis məsələsi Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi, onlara yüskək səviyyədə özünü idarə imkanı verməkdir.

- Paşinyan qeyd edib ki, oğlunun Qarabağda xidmət eməsi – sülhməramlı jestdir.

- Bu isə ermənilərin supertəkəbbürüdür.  

Təkəbbür o həddə çatıb ki, o, işğalçılıq siyasəti və ərazilərin zəbt olunması faktının gizlətməyərək, oğlunu işğalçı erməni ordusunda xidmət etməyi nümayişkəranə göstərir.

Bu insanı Dağlıq Qarabağa heç bir aiddiyyatı yoxdur. Bu sülhməramlı jest deyil. Bu, Azərbaycanın ərazilərini işğal etmiş ölkənin rəhbərinin hiddətə gətirən hərəkətidir.

Fərhad Məmmədov: Metsamor AES-in əsas təhlükəsi Paşinyan kimi yalancı və alverçinin rəhbərlik etdiyi ölkənin ərasizində yerləşməsidir

Paşinyanın qorxusu: oğlunu Qarabağa girov kimi göndərib - EKSPERT

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
821

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər