Mübariz Əhmədoğlu: 2016-cı il aprel müharibəsinin müəllifi Tonoyan yeni müharibəyə hazırlaşır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: 2016-cı il aprel müharibəsinin müəllifi Tonoyan yeni müharibəyə hazırlaşır

10:54 - 27 / 07 / 2018
Mübariz Əhmədoğlu: 2016-cı il aprel müharibəsinin müəllifi Tonoyan yeni müharibəyə hazırlaşır

Ermənistanın müdafiə naziri D.Tonoyan EADaily.com saytına verdiyi müsahibədə Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını açıq şəkildə bəyan etdi. Müsahibənin təhlilindən də müharibəyə hazırlıq nəticəsi alınır. Eləcə də müsahibədən D.Tonoyanın intellektsiz  olmadığı da başa düşülür.

İlk qənaətimiz D.Tonoyanın  hansısa sekta üzvü olmasından ibarətdir. Bəlkə də müharibədə dostlarını, tabeliyindəkiləri, dövləti və özünü öldürmək mahiyyətli bu sektanın başçısı elə D.Tonoyan özüdür. D.Tonoyan Ermənistanın müdafiə nazirinin müavini olaraq 2016-ci ilin fevralında “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasının hazırlanmasının və müzakirəsini başa çatdırdı. NATO, ATƏT onun bu konsepsiyanın aktiv müzakirə olunduğu məkanlar idi. Ermənistanda isə müzakirənin iştirakçıları tanınmış ziyalılar idi. “Statik müdafiədən aktiv cilovlanmaya” konsepsiyasının məzmununu bir daha təkrarlayırıq: D.Tonoyanın fikrincə, Azərbaycan böyük və qüdrətli dövlətdir, ordusu güclüdür. Qoşunların təmas xəttində erməni ordusunun verdiyi itkilərin sayı artıb. Bu erməni xalqını ruhdan salır, Azərbaycanın gücü xof yaradır. Bunun qarşısını almaq üçün Ermənistan ordusunun xırda çevik qüvvələri qəfil hücumlarla Azərbaycan ordusuna zərbələr endirir, erməni xalqının orduya inamı artır. D.Tonoyan məhz bu niyyətlə də 2016-cı ilin aprelində təxribata başladı. Amma Azərbaycan ordusu qat-qat güclü cavab verdi.

D.Tonoyan hətta aprel döyüşlərinin yekunlarının analitikası ilə də tanış olmaq istəmir. Bəlkə də xəcalətindəndir, amma sofistik mühakimə irəli sürür: Hərb tarixində çoxlu sərkərdələr məhz keçmiş müharibənin təhlili əsasında  hücuma keçdikləri üçün məğlub olublar. D.Tonoyanın məhz bu fikri bizdə onun intellektuallığının xəstəliyinə şübhə yaratdı və ilk ağılımıza gələn sektantlıq oldu.

D.Tonoyan erməni xalqını aldatmaq üçün yeni anlayışlardan, terminlərdən istifadə edir. Amma bilmir ki, hətta erməni obıvateli kimlərdənsə soruşa-soruşa öyrənəcək ki, Ermənistan Müdafiə Nazirliyi “Miq CM-30” qırıcı təyyarəsini RF-dən ala bilməyəcək. Ya  RF satmayacaq, çünki Ermənistan Müdafiə Nazirliyi artıq bir dəfə bu qırıcı təyyarənin alınması ilə bağlı müqaviləni geri çağırıb. Ya da Ermənistanın pulu satmayacaq. Amma öz xalqını inandırmağa çalışır ki, Ermənistan Azərbaycandan güclüdür. 2016-cı ilin aprel döyüşlərinin bir nəticəsini D.Tonoyanın yadına salmaq istəyirik. Əgər RF Ermənistan və Azərbaycan müdafiə nazirləri müavinlərinin görüşü məsələsini aktiv şəkildə gündəliyə gətirməsəydi, Xankəndi (Stepanakert) artıq boşalmışdı. Xankəndində (Stepanakert) dövlət binalarına qumbara ilə atəş açıldığı barədə məlumatlar yayılırdı.

D.Tonoyan kimə xidmət etdiyi yalnız özünə bəllidir. Erməni xalqının maraqlarına xidmət etmədiyi aydındır. Çünki 2016-cı ilin aprel döyüşləri zamanı:

ı. Ermənistan dövləti daxilən monolit idi,

ıı. Ermənistanın iqtisadiyyatı nisbi güclü görünürdü,

ııı. Ermənistan ordusunun problemləri erməni xalqına bəlli deyildi.

ıv. RF-in regional təhlükəsizlik maraqlarının böyük bir qismi Ermənistan üzərində qurulmuşdu.

İndi Ermənistanda milli birlikdən danışmağın yeri yoxdur. İqtisadiyyat bərbad gündədir. Erməni ordusunun problemləri gülməli vəziyyət yaradıb. Azərbaycana qorxu gələn ordunun rəhbəri hərbçilərini alt paltar və geyimlə təmin edə bilmir. Baş nazirin bu mövzuda verdiyi göstərişlər icra olunmur.

Rusiya ilə Ermənistan arasında təhlükəsizlik mövzusunda heç bir müttəfiqlikdən söhbət gedə bilməz. Bunun bir qismi D.Tonoyana aiddir. Bu vaxtadək RF müdafiə naziri onu qəbul etməyib.

D.Tonoyanın şəxsiyyəti ətrafında baş verən digər hadisələr də erməni ordusunun imici və gücünü artırmır, əksinə azaldır. Bir müddət öncə Fövqəladə Hallar Naziri idi. İndi aparılan yoxlamalar onun dövründə Fövqəladə Hallar Nazirliyində korrupsiya hallarını aşkarlayıb. Müdafiə nazirliyində generalların korrupsiya əməlləri barədə erməni mətbuatı hər gün nəsə yazır.

Ermənistan özü və ordusu indikinə nisbətən xeyli güclü göründüyü halda D.Tonoyan məğlub oldu. Son məğlubiyyətdən Ermənistanı RF xilas etdi. Bu dəfə Ermənistan rüsvayçı şəkildə məğlub olacaq və RF ona saman çöpü də uzatmayacaq.

Bəlkə D.Tonoyan ruhi xəstədir. Amma sektantlıqla ruhi xəstəlik arasında elə də böyük fərq yoxdur.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
450

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər