Turist səhvən taksi sürücüsünə 100 dəfə artıq ödəniş edib
Çinin Sian şəhərində amerikalı turist taksi sürücüsü Chan Penə təxminən 100 dəfə artıq pul ödəyib.
1news.az The Drive nəşrinə istinadla xəbər verir ki, sürücü cüzdanını açarkən orda 6500 yuan (960 ABŞ dolları) artıq pul olduğunu görüb. Tursist əslində 65 yuan (10 dollar) ödəməli imiş.
O, otelə gedərək müştərini tapıb və pulu qaytarıb. Amerikalı turist sürücüyə minnətdarlıq edib və ona 3,200 yuan (472 dollar) təklif edib. Sürücü isə 6,500 yuanını geri qaytarıb.
Amerikalı turist sosial şəbəkədə də sürücüyə təşəkkür edərək yazıb: "Bəzi insanlar üçün pul yalnız yeganə məqsəddir. 6500 yuan çox böyük bir məbləğdir. Mənə onları geri qaytardığınız üçün çox saq olun. Bunu çox qiymətləndirirəm".
1news.az
569