Bacılar 15 ildir onları zorlayan erməni atalarını öldürdülər - FOTO
Rusiyada 3 bacı birləşərək atalarını öldürüblər.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Moskvada yaşayan 3 qız birləşərək erməni ataları Mixail Kaçaturyanı bıçaqlayaraq öldürüblər.
Kristina (19), Angelina (18) və Mariya (17) adlı qızlar cinayəti etiraf ediblər. Bacılar bildiriblər ki, narkotik maddə asılısına çevrilən Mixail Kaçaturyan 15 ildən çoxdur ki, onlara təcavüz edir.
“Biz ona nifrət edirdik. Tək istədiyimiz onun yoxa çıxması idi”, - Kristina ifadəsində söyləyib.
Atalarını dəfələrlə bıçaqlayan qızlar 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qızların qardaşı isə mətbuata açıqlamasında bacılarını dəstəkləmədiyini söyləyib. 19 yaşlı Xaçik Xaçaturyan hesab edir ki, mətbuat qəsdən onun atasını pis insan obrazında təqdim edib. Həqiqəti isə o, deməkdən imtina edib.
1news.az