Kasıb ata bahalı paltara həsədlə baxan qızını belə sevindirdi – VİDEO
ABŞ-ın Pensilvaniya ştatında yaşayan 15 yaşlı Nevaha Smit "Style Exchange Boutique"də gördüyü donu geyinməyi arzulayırdı. Lakin o, arzusunun çin olmayacağını bilirdi. Çünki don həddən artıq baha idi.
8-ci sinifi başa vurmuş Nevaha həmin donu buraxılış gecəsinə geyinmək istəyirdi.
Nevahanın atası isə kasıbdır. Ailəsini dolandırmaq üçün o, üç işdə çalışır.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, ata kasıb olsa da, qızının arzusunu çin edib.
O, qızından gizlin olaraq həftələrlə pul toplayıb və həmin donu qızına alıb.
Nevahanın atasının həmin donu ona təqdim etdiyi anların videosunu "Style Exchange Boutique" Facebook-dakı səhifəsində paylaşıb.
Videoya milyonlarla insan baxıb.
1news.az
1502