Erməni aktyor İrəvan meri vəzifəsinə namizəddir

Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasının İdarə Heyətinin iclasında aktyor Hayk Marutyanın Yerevanın meri vəzifəsinə namizədliyi irəli sürülüb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, mübarizə Marutyanla millət vəkili Alain Simonyan arasında olub. Nəticədə, Marutyanın namizədliyi üçün 8 nəfər, Simonyanın namizədliyinə 5 nəfər səs verib.
İyulun 9-da İrəvan meri Taron Marqaryan istefa verib. İrəvan meri seçkiləri sentyabr ayında keçiriləcək.
Xatırladaq ki, Paşinyan və Marutyan arasında dostluq münasibətləri var. Paşinyan baş nazir seçildikdən sonra Dağlıq Qarabağa səfər edərkən Marutyan helikopterdə onu müşyət edib.
P.Sultanova
767