65 yaşlı molla azyaşlıları aldadaraq zorladı | 1news.az | Xəbərlər
Dünya

65 yaşlı molla azyaşlıları aldadaraq zorladı

15:50 - 31 / 07 / 2018
65 yaşlı molla azyaşlıları aldadaraq zorladı

Özünü təriqət şeyxi adlandıran 65 yaşlı İ.Süleyman aralarında azyaşlı oğlan uşaqlarının da olduğu 7 nəfərə təcavüz etməkdə ittiaham edilir.

1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, kişi uşaqları dinə inandıraraq, cinsi istismar edib və onlara bunun dində buyrulduğunu deyib.

Hadisə Türkiyənin Konya şəhərində qeydə alınıb. 65 yaşlı Süleyman İşığın cinsi istismara məruz qoyduğu gənclərdən bir neçəsi cari ilin birinci yarısında polisə şikayət edərək təcavüzə məruz qaldıqlarını bildirib. Məsələ ilə bağlı Konya polisi tərəfindən araşdırma başladılıb.

18 yaşlı Y.A. ifadəsində şeyxə müqavimət göstərsə də, hadisədən canını qurtara bilmədiyini deyib:

“O dedi ki, mən dində daha yüksək mərtəbəyə ucalacam. Qısa müddət idi onların qruplarına qoşulmuşdum. O, mənə təcavüz etdi. Ona müqavimət göstərmək istəsəm də olmadı. Şeyx onun istəklərinin əksinə gedənləri çox ağır işgəncələrlə cəzalandırırdı”.

15 yaşlı başqa qurban isə onun vəziyyətindən dinə olan marağından çirkin əməllər üçün istifadə olunduğunu və həyatının məhv edildiyini deyib.

Şeyxin qurbanları məhkəmədən ona 70 ilə qədər həbs tələb ediblər. Şübhəli şəxs qismində saxlanılan Süleyman İşıq polislərə açıqlamasında iddiaları təkzib etsə də, onun evində axtarış zamanı çoxlu sayda pornoqrafik məzmunlu şəkil və videolar tapılıb. Azyaşlı uşaqlara təcavüz anlarını qeyd edən şeyx sonra onlardan bunun müqabilində pul alıbmış.

Prokurorluq onun haqqında 49 ildən 70 ilə qədər həbs cəzası tələbini irəli sürüb.

S.Xankişiyeva

 

Paylaş:
940

Sizin üçün xəbərlər

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər