Tacikistanda xarici turistlərin öldürülməsinin təfərrüatları | 1news.az | Xəbərlər
Dünya

Tacikistanda xarici turistlərin öldürülməsinin təfərrüatları

11:04 - 31 / 07 / 2018
Tacikistanda xarici turistlərin öldürülməsinin təfərrüatları

Tacikistan Daxili İşlər Nazirliyi Danqarda xarici turistlərə hücumun təşkilində  İslam İntibah Partiyasını günahlandırıb.

1news.az xəbər verir ki,  Xatlon rayonunda iyulun 29-da veloyürüşə çıxan dörd xarici turist (iki Amerika, İsveçrə və Hollandiya vətəndaşları) öldürülüb, üç nəfər isə yaralanıb.

Onlar turistlərə bıçaqla hücum ediblər. Hadisədə iştirakda şübhəli bilinən bir neçə nəfər saxlanılıb. Hücumun məsuliyyətini İŞİD terror qrupu öz üzərinə götürüb. Tacikistanın təhlükəsizlik qüvvələri İŞİD-in açıqlamasını şərh etməyiblər.

Daxili İşlər Nazirliyi isə turistlərin öldürülməsində İranda dörd dəfə olmuş, ideoloji proseslərə, təxribatlara hazırlanan Hüseyn Abdusamadovun rəhbərlik etdiyi cinayətkar qrupu ittiham edib.

1news.az

Paylaş:
473

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər