Azərbaycanın və Vyetnamın Hərbi Dəniz Qüvvələrinin nümayəndələri görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın və Vyetnamın Hərbi Dəniz Qüvvələrinin nümayəndələri görüşüb – FOTO

12:47 - 31 / 07 / 2018
Azərbaycanın və Vyetnamın Hərbi Dəniz Qüvvələrinin nümayəndələri görüşüb – FOTO

İyulun 31-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Fam Haoi Namın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, hərbi əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini bildirərək bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulayıblar.

Vitse-admiral F.Nam hərbi əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. O vurğulayıb ki, belə səfərlər qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

S.Xankişiyeva

 

Paylaş:
1217

Son xəbərlər

Bütün xəbərlər