Erməni siyasətçi: İşğal edilmiş torpaqları qaytarmalıyıq

"Erməni Milli Konqresi" nin üzvü Zoya Tadevosyan jurnalistlərlə görüşdə sensassiyalı bəyanat verərək, Qarabağ münaqişənin həlli üçün Azərbaycanın işğal edilmiş ətraf rayonlarının qaytarılmalı olduğunu deyib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, o, Qarabağ müharibəsi zamanı ələ keçirilmiş torpaqların guya “azad edilməsi” barədə səslənən fikirləri doğru saymayıb:
“Biz onları “azad edilmiş” adlandırırıq. Amma hər kəs, bu auditoriyada oturanlar da yaxşı bilirlər ki, həmin ərazilər işğal olunub”.
Erməni jurnalistlərinin “bu bəyanat o deməkdir ki, həmin ərazilər işğal edilib?” sualına Tadevosyan “bəs bu torpaqlar ermənilərindir ki?” cavabını verib.
"Heç biriniz mənə irad tutmayın, qərarı mən vermirəm. Bu məsələni həmişə həmsədrlər qaldırıb, ümumiyyətlə danışıqlar masasında müzakirə olunur. Əgər münaqişə ərazilərin qaytarılması ilə həll olunacaqsa, əlbəttə ki, bu, doğrudur. Bütün ölkələr problemi bu şəkildə həll edərsə, onda .."
Jurnalistlər erməni tərəfinin Qarabağ ətrafındakı 7 rayonu işğal edilmiş yox, azad olunmuş hesab etməsinə dair iradlarına gəlincə, erməni siyasətçi deyib:
“Bu, Ermənistanın mövqeyidir. Beynəlxalq ictimaiyyət isə bu məsələdə başqa cür düşünür – həmin əraziləri işğal edilmiş adlandırır”- deyib.
“Qarabağ “xalqının” fikrini soruşmusunuz?” sualına Tadevosyan “Mən heç kimdən heç nə soruşmuram, hamıya məlum olan fakta əsaslanıram”.
P.Sultanova