Danimarkada hicab qadağan edildi
Danimarkada ictimai yerlərdə niqab və hicabda gəzmək qadağan edilib.
1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, 31 may tarixində parlamentdə keçirilən səsvermə ilə qanun qəbul edilmişdi. Bu gündən qanun qüvvəyə minib.
Qanunu pozan şəxslər min kron (təxminən 200 manat) cərimə ödəyəcək. Qanunu 4 dəfədən çox pozanlar isə 10 min kron (2 min manat) cərimə olunacaqlar.
Əlcəzairli iş adamı Raşid Nekkaz Danimarkadakı cərimələnəcək şəxslərin cəriməsini ödəyəcəyini bildirib. O, bu vaxta qədər 6 ölkədə 1.500-dən çox insanın bu məsələ ilə bağlı cəriməsini ödəyib.
S.Xankişiyeva
1620