Məşhur pişik-begemot oğurlanıb - FOTO
Rusiyalı yazıçı Mixail Bulqakovun muzeyə çevrilmiş Moskvadakı evində 14 ildir çalışan pişik begemot qaçırılıb.
1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, muzeyin hadisə ilə bağlı açıqlamasında “begemotun 2005-ci ildən bəri həkim və stilistin nəzarəti altında muzeydə yaşadığı deyilir.
Onun əsas xüsusiyyətləri, qara, cod tüklü olması, sibir və fars pişiyi qarışıqlı, çəkisi 6 kiloqram və sərt bir xarakterə malik olmasıdır.
Muzeyin direktoru Nikolay Qolubev bildirib ki, muzey səhər açılanda pişik bağçada gəzirmiş: "Onu hər kəs tanıyır, bir qadın oğurlayıb, çantaya qoyaraq metroya gedib. Bu barədə şahid məlumat verib".
Qolubev, hadisə ilə əlaqədar polisə xəbər verdiklərini və muzeyin təhlükəsizlik kameralarını araşdırılmasını istədiklərini deyib.
O da vurğulanıb ki, bu pişik Bulqakovun “Master və Marqarita” əsərindəki xarakterlərdən biridir."Twitter"də də "Trend mövzu"ya çevrilib.
1news.az