Ərinin gözləri qarşısında 3 uşaq anasını... | 1news.az | Xəbərlər
Dünya

Ərinin gözləri qarşısında 3 uşaq anasını...

11:03 - 02 / 08 / 2018
Ərinin gözləri qarşısında 3 uşaq anasını...

Əfqanıstanla Türkmənistanın sərhəddində İŞİD-in güclü olduğu Cavazcan əyalətinə bağlı Darzab bölgəsindən qaçanların sayı minə çatıb. Artıq bölgədə qadınlara qarşı törədilən cinsi istismarla bağlı da detallar açıqlanır. Ancaq qadınlar günahlandırılacaqlarını düşündüklərindən onlara qarşı törədilə cinayəti danışmaqda tərəddüd edir. Bu da vəziyyətin tam olaraq açıqlanmasını çətinləşdirir.

1news.az Publika.az-a istinadən İŞİD-in əlindən xilas olan qadınların dəhşət hekayələri təqdim edir.

Yaxın vaxtlarda bu bölgədən qaçan üç uşaq anası Zərifə İŞİD liderinin kəndə gələrək həyat yoldaşından pul istəməsini "Röyters" agentliyinə danışıb:

"Pulumuzun olmadığını, olduğu zaman göndərə biləcəyimizi dedim. Amma qəbul etmədi. Ərimi qoyub onlarla birlikdə getməli və adamlarından biri ilə evlənməli olduğumu dedi. Mən qəbul etməyəndə uşaqlarını o biri otağa apardı. Başıma silah tutdu və məni öldürəcəyini, evimi alacağını dedi. Sonra da mənə edə biləcəyi hər şeyi etdi".

Zərifə hadisədən sonra Darzabdakı evini tərk etmək məcburiyyətində qalıb və Şeberqana sığınıb.

"Kənddə ərimin və qonşularımın üzünə baxa bilməyəcəyimə görə bütün təhlükələrə rəğmən oranı tərk etdim".

Darzabdan qaçaraq Şeberqana sığınan başqa bir qadın isə Samirədir. Zərifə kimi o da tanınmaqdan qorxduğuna görə tam adını açıqlamır. O İŞİD-çilərin bir gün evlərini basıb 14 yaşlı bacısını komandirə alacaqlarından danışıb.

"Ancaq bacımla nə komandir özü evləndi, nə də başqası ilə evlənməsinə icazə verdi. Ancaq ona təcavüz etdi. Əsgərlərin hamısı, kəndin İŞİD-çi muxtarı da bacıma təcavüz etdi. Bacım 10 ay İŞİD-çilərlə qaldı, amma oradan qaçmağı bacardı. İndi bizim yanımızdadır, amma utandığından yaşadıqlarını heç kimə danışmır".

Qeyd edək ki, İŞİD-in nəzarətində olan Darzabdan son aylarda qaçan minlərlə insanın Samirə və Zərifə kimi oxşar həyat hekayələri var.

Bu vaxta qədər Əfqanıstanda İŞİD zülmü ilə bağlı ən dəhşətli faktlar açıqlanıb. Lakin İraq və Suriyada olduğu kimi onlar arasında zorla evləndirmə və təcavüz hallarına az rast gəlinirdi.

1news.az

Paylaş:
1170

Sizin üçün xəbərlər

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər