Usamə bin Ladenin anası ilk dəfə danışdı - FOTO
“Əl-Qaidə" terror qrupunun təsisçisi və lideri Usamə bin Ladenin anası Aliyə Qanim ilk dəfə olaraq “The Guardian” nəşrinə müsahibə verib.
1news.az xəbər verir ki, hazırda, o, oğlanları Əhməd və Hasan, ikinci həyat yoldaşı Mohammad əl-Attas ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində yaşayır.
11 sentyabr hadisələrindən təxminən 17 il sonra da bin Ladenin ailəsi Səudiyyə cəmiyyətinin təsirli bir hissəsi, həm də Krallığın tarixində ən qaranlıq anı xatırladaraq qalır.
"Mənim həyatım çox çətin idi, çünki o, (Usamə bin Laden) məndən uzaqda idi. O, çox yaxşı bir uşaq idi və məni çox sevirdi", ana deyib.
Aliyə Qanimin sözlərinə görə, ikinci əri Usaməni üç yaşından böyüdüb.
"The Guardian" yazır ki, bin Ladenin ailəsi qurduğu sülalə imperiyası ilə Krallığın ən varlı ailələrindən biri olaraq qalır. Onlar müasir Səudiyyə Ərəbistanının böyük bir hissəsini inşa ediblər.
Uzun illər ərzində Aliya Qanim, digər ailə üzvləri kimi oğlu Usəmənin fəaliyyəti haqqında açıq şərh verməkdən imtina edib. Onlar həmçinin, bin Ladenin "Əl-Qaidə" terrorçu qrupuna liderlik etdiyi son iki onillik ərzində, Nyu-York və Vaşinqtona zərbələr endirəndə, ölümündən doqquz ildən artıq keçən müddətdə də müsahibələr verməyiblər.
Qeyd edilib ki, Səudiyyə dövlətinin ən nüfuzlu ailələrindən birinin hərəkətləri və qarşılıqlı əlaqələri yaxından izlənilir. Məhz bu səbəbdən müsahibə üçün səlahiyyətlilərdən icazə alınması lazım gəlib. Ölkənin yeni rəhbərliyində təmsil olunan 32 yaşındakı Səudiyyə Ərəbistanı şahzadəsi Mohammed bin Salman tərəfindən bu icazə təmin edilib. Səudiyyə hökumətinin nümayəndəsi də iştirak etdiyi müsahibə zamanı bin Laden ailəsi ehtiyatlılıq göstərib.
Ana ilk uşağını, Usamə bin Ladeni öyrənməyə qadir olan, utancaq bir oğlan kimi xatırlayır. Onun sözlərinə görə, universitetdəki insanlar Usaməni dəyişdi və fərqli bir şəxs oldu:
"İyirmi yaşına, onun beynini yuyan insanlara rast gələnə qədər o, çox yaxşı bir uşaq idi. Siz bunu bir kult adlandıra bilərsiniz. Onlar hər işlərinə görə pul qazandılar. Mən həmişə onlardan uzaq olmasını söylədim və mənə nə etdiyini heç vaxt etiraf etmədi, çünki məni çox sevirdi".
Ananın dediyinə görə, universitetdə görüşdüyü adamlardan biri, daha sonra Səudiyyə Ərəbistanından çıxarılmış “Müsəlman qardaşları” təşkilatının üzvü Abdullah Azzam Usamə bin Ladenin dini məsləhətçisi olmuşdu.
1980-ci illərin əvvəllərində Usamə Əfqanıstana getdi. Ana deyib ki, onun cihadçı ola biləcəyindən heç vaxt şübhələnməyib. Oğlunun kim olduğunu başa düşdükdə dərindən üzülüb.
"Artıq 17 il keçib o, hələ də Usaməni inkar edir. Onu elə çox sevirdi ki, günahlandırmaqdan imtina edir. Bunun əvəzinə, başqalarını günahlandırır. Onu yalnız yaxşı tərəfdən görür. Heç vaxt cihadçı tərəfini tanımadı " qardaşı Əhməd deyib.
Əhmədin sözlərinə görə, Nyu-Yorkdan 11 sentyabr faciəsi ilə əlaqədar məlumatlar gəldiyində, ailə əvvəllər bilirdi ki, bu onların qardaşı Usamədir:
“Mən şok oldum, boğulurdum. Bu çox dəhşətli bir hiss idi. Onun əvəzindən hamımız utanırdıq. Bilirdik ki, hamımızı dəhşətli nəticələr gözləyir".
Ailə Usaməni axırıncı dəfə 1999-cu ildə Əfqanıstanda Qəndahar yaxınlığında bir bazada görüb və orada ona iki dəfə baş çəkiblər.
P.Sultanova