Tonoyan: Ermənistan yeni hərbi kredit üçün Rusiyaya müraciət edə bilər | 1news.az | Xəbərlər
Ermənistan

Tonoyan: Ermənistan yeni hərbi kredit üçün Rusiyaya müraciət edə bilər

16:00 - 03 / 08 / 2018
Tonoyan: Ermənistan yeni hərbi kredit üçün Rusiyaya müraciət edə bilər

Ermənistan  silah almaq məqsədilə yeni kredit üçün Rusiyaya müraciət edə bilər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonayan deyib.

O bildirib ki, yeni kredit üçün müraciət edilməsi mümkündür, amma təxmini məbləği açıqlamaqdan imtina edib.

Tonoyanın sözlərinə görə, hələlik  bu mövzuda danışıqlar aparılmır. Əlavə edib ki, Ermənistan Rusiyadan başqa digər ölkələrdən də silah alır.

P.Sultanova

 

Paylaş:
605

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər