Mariya Zaxarova: “JARA-2018” birləşdirən beynəlxalq festivaldır | 1news.az | Xəbərlər
Siyasət

Mariya Zaxarova: “JARA-2018” birləşdirən beynəlxalq festivaldır

16:54 - 03 / 08 / 2018
Mariya Zaxarova: “JARA-2018” birləşdirən beynəlxalq festivaldır

İyulun 26-dan 29-dək Bakıda keçirilmiş “JARA-2018” beynəlxalq musiqi festivalı humanitar sahədə həyata keçirilməli olan real əməkdaşlığın gözəl nümunəsidir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuat konfransı zamanı deyib.

O deyib: “Bu, ayıran yox, birləşdirən beynəlxalq festivaldır. Bu tədbir göstərir ki, bizim xüsusiyyətlərimiz fərqlilikləri vurğulamamalıdır, əksinə bizim xüsusiyyətlərimiz bizi birləşdirə bilər. Biz adətləri, ənənələri və tariximizi məhz bu birləşdirici məqsədlər üçün istifadə etməliyik. Mənim gördüklərim məhz bunları ifadə edir”.

S.Xankişiyeva

 

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər