Millət vəkili: Azərbaycanın dövlət siyasətinin təməlində vətəndaşların rifahı dayanır | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkili: Azərbaycanın dövlət siyasətinin təməlində vətəndaşların rifahı dayanır

09:36 - 03 / 08 / 2018
Millət vəkili: Azərbaycanın dövlət siyasətinin təməlində vətəndaşların rifahı dayanır

Azərbaycanın dövlət siyasətinin təməlində öz vətəndaşı dayanır. Dövlət büdcəsinin əhəmiyyətli hissəsi də sosial sferanın inkişafı üçün nəzərdə tutulub.

Bunu 1news.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, daim ölkədə sosial – infrastruktur layihələr icra olunur. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq təbirlər görülür:

“Xüsusilə aztəminatlı ailələr, müharibə veteranları, əlillər, şəhid ailələri, məcburi köçkünlər və qaçqınlar daim dövlət qayğısı ilə əhatə olunublar. Avropa kimi inkişaf etmiş bir qitə 500 mindən bir az çox qaçqının əlindən çətin vəziyyətə düşüb, çıxış yolu axtarırlar. Azərbaycan isə kənardan heç bir kömək almadan 1 milyona yaxın məcburi köçkün və qaçqınlar üçün salınmış çadır şəhərciylərini ləğv edərək yeni qəsəbələr və şəhərciklər salır. Bu təbəqədən olan insanların sosial vəziyyəti daima dövlət başçısını düşündürür və mütəmadi olaraq yeni qəsəbələrin açılışlarını edir. Onların mənzil şəraitinin yaxşılaşdırılmasını ön plana çəkilib”.

Millət vəkili əlavə edib ki, avqustun 1-də Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə 35 mənzil və 136 minik maşının verilməsi, ilin sonuna qədər əlavə 470 mənzilin təqdim olunmasının nəzərdə trutulması, ümumiyyətlə son iyirmi il ərzində müharibə əlillərinə və şəhid ailələrinə 5500 fərdi ev və mənzilin verilməsi, 300 minə yaxın məcburi köçkün və qaçqının yeni evlərlə təmin olunması, bu kateqoriyadan olan insanların işsizlik probleminin həlli üçün hər il 7min ailənin özünəməşğulluq proqramına cəlb edilərək, hər ailəyə müvafiq ləvazimatların alınması üçün 5000 manat vəsaitin verilməsiinin nəzərdə tutulması və 2 avqust tarixində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlərin görülməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılması, bütün bunlar Azərbaycanın sosial dövlət olmasının əyani sübutudur. Bu ilin sonuna qədər 4 min köçkün ailəsi, yəni 20 min insanın yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub.

Cənab Prezdentin yürütdüyü dövlət siyasətinin təməlində vətəndaşın rifahı dayanır və son 15 il ərzində ölkəmizin sosial sferada həyata keçirdiyi böyük sosial layihələr də bu məqsədə xidmət edir. Artıq demək olar ki, ölkəmizin hər vətəndaşının sosial vəziyyəti kifayət qədər yaxşılaşıb. Ümumiyyətlə, Prezdentin qeyd etdiyi kimi məqsədimiz işğal altındakı torpaqlarımızı azad etməkdir və bununla yanaşı biz öz gücümüzlə sosial vəziyyətinin yaxşlaşdırılmasına ehtiyacı olan bütün vətndaşların həyat şəraitini yaxşılaşdıracayıq.

Dövlət başçısının apardığı düşünülmüş iqtisadi siyasət kursu Azərbaycanın iqtisadi gücünü günü- gündən artırır və nəzərdə tutulmuş bütün layihələrin icrasına imkan yaradır”.

1news.az

Paylaş:
867

Son xəbərlər

Bütün xəbərlər