Los-Ancelesi fəth edən Ruslana Cavadovanın həyat hekayəsi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Los-Ancelesi fəth edən Ruslana Cavadovanın həyat hekayəsi – FOTO – VİDEO

13:03 - 06 / 08 / 2018
Los-Ancelesi fəth edən Ruslana Cavadovanın həyat hekayəsi – FOTO – VİDEO

Uşaqlıqda alınan psixoloji travmalar insanın şəxsiyyətinin formalaşmasına çox təsir edir. Bəzən elə həmin zərbələr insanın uğur qazanmasına da kömək olur.

Bu gün daha çox Ruslana Gee təxəllüsü ilə tanınan – Los-Ancelesdə yaşayan, özünü rejissor kimi sınayan məşhur beauty-blogger Ruslana Cavadova seriallar çəkir. Lakin bir neçə il öncə o, xarici görkəmi ilə sinif yoldaşları tərəfindən məzxəyərə qoyulan kompleksli qız idi.

Həmyerlimizin milyon izləyicisi olan YouTube kanalı ilə, eləcə də Ruslananın özü ilə tanış olduq. Diqqətinizə onun çirkin ördək balasından gözəl qu quşuna çevrilən həyat hekayəsini çatdırırıq.

Uşaqlıqda özümü bir çox sahələrdə sınamışam: gimnastika, balet, teatr, rəqs, rəssamlıq. Lakin heç bir yerdə bir həftədən artıq qalmamışam. Buna görə də özümü “50% adam” adlandırmışam. Hər bir sahədən xəbərim var, amma axıra qədər heç nəyi bilmirəm.

Təəssüflər olsun ki, atamı görməmişəm. O, çox gənc yaşda avtomobil qəzasında vəfat edib. Lakin buna baxmayaraq, uşaqlıqda onun boşluğunu hiss etməmişəm. Bütün qohumlarım məni sevgi ilə əhahə edib.

Qayğısız həyatım məktəbə gedəndə bitdi. İlk vaxtlar məktəbə uyğunlaşmaq çətin idi. Müəllimlər hər zaman mənə irad tuturdular, onların sevimliləri sırasına daxil deyildim. Sinifmizdəki bütün qızlar öz aralarında dostluq edirdi, məndən yan qaçırdılar.

Bir dəfə sinif yoldaşım konfet paylayırdı. Sıra mənə çatanda hamı gülməyə başladı. Soruşanda ki niyə gülürsünüz? O, cavab verdi ki, konfeti mənə vermədən öncə yerə salıbmış.

Bir də sinifyoldaşlarım hər zaman xarici görünüşümü ələ salırdılar. Çünki mən həddindən artıq arıq idim. Nəticə də bir çox kompleksi olaaraq böyüdüm.

Məktəb illərində narahatlığımın son damlası skalioz oldu. Mən bütün günü xüsusi korset taxmalı idim. Öz bədənimdən nifrət edirdim. Kədərli olduğumu görən anam arzumun həyata keçməsinə icazə verdi. Və mən FLEX proqramı ilə Amerikaya getdim.

ABŞ-dakı məktəb çox xoşuma gəldi. Burada müəllimlər şagirdlərin fikri ilə razılaşdırdı, onları motivasiya edirdi.

Amerikada bir müddət yaşadıqdan sonra tamamilə dəyişdim, özümə inamım artdı. Məktəbi bitirdikdən sonra İstanbulda dizaynerlik fakültəsinə qəbul oldum. Lakin bir müddət sonra anladım ki bu, mənlik deyil. Və rejissor olmaq qərarına gəldim.

Daha sonra yenə məni Amerikaya, Los-Ancelese çəkdi. Hər kəsə yaxşı bəllidir ki, bu şəhər kino sənayesinin “ürəyidir”.

Hazırda əsas fəaliyyətim bloqinqdir. Artıq Los-Ancelesdə bir sıra agentliklərlə müqavilə imzalamışam.

Çoxları elə bilir bloggerlik asan bir işdir. Belə olsaydı hər ikinci nəfər bu işlə məşğul olardı. Bu, daha çox zəhmət, fiziki və maddi imkanlar tələb edən işdir. Buna hər kəsin gücü və səbri çatmır.

Düşünürəm ki, bloggerliyimin əsas sirri – səmimiyyətdir. Etdiyim hər bir işi böyük məhəbbətlə edirəm və qarşımdakı bütün insanlarla səmimiyyəm. Əgər sevdiyiniz işlə məşğulsunuzsa, ona var gücünüzü sərf edirsinizsə, bunun mütləq nəticəsini görəcəksiniz.

Ən vacib məqamlardan biri sənətimi özüm seçməyimdir. Şükürlər olsun ki, ailəmdə seçim azadlığı olub. Təəssüflər olsun ki, Azərbaycanda uşaqlara hər zaman seçim azadlığı verilmir. Buna görə də uşaqlar valideynlərinin seçdiyi peşəyə yiyələnərək, sevmədiyi işlə məşğul olurlar.

Yaxın zamanlardan başlayaraq öz serialımı çəkmək arzumu həyata keçirdim. Burada həm rejissor, həm ssenarist, həm də akrtisa rolunda çıxış edirəm. Hadisələrə Los-Ancelesə gəlib yaşamaq və ya oxumaq istəyən qız və oğlanlar ətrafında cərəyan edir.

Bu, televiziya layihəsi olmadığı üçün bir sıra problemlər çıxır. Maliyyədən tutmuş, adi məişət problemlərinə qədər. Buna görə də serialın çəkilişləri təhlükə altında idi. Lakin bütün çətinliklərə baxmayaraq, inanırm ki hər şey yaxşı olacaq.

Gələcəyə gəlincə, necə deyərlər Allahı güldürmək istəyirsən, plan qur. Bir söz deyə bilərəm: gələcəklə bağlı çox uzun planlar qurmuram. Bu gün burdayan, burda mənə rahatdır, sabah hər şey dəyişə bilər. Lakin Bakı hər zaman sevimli şəhərim olaraq qalacaq.

Qeyd edək ki, Ruslana Cavadovanın şəxsi YouTube kanalında “Amerika gəncləri” adlı filmi yerləşdirilib.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
5954

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər