İspaniyada erməni “qanuni oğru” saxlanılıb
İspaniyanın milli polisi Marbeldə (Malaqanın əyaləti) cinayətkar təşkilatla əlqaqəsi olan üç nəfəri – Ermənistan və Gürcüstan vətəndaşlarını saxlayıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, saxlanılanlardan A.S inisiallı Litvada yaşan Ermənistan vətəndaşı və iki nəfər (L.B və İ.P inisiallı) gürcüdür.
Onların saxlanılması uzun müddətdir aparılan “erməni mafiyasının” zərərsizləşdirilməsi nəticəsində olub. İyunun axırından indiyədək əməliyyatla bağlı 129 nəfər saxlanılıb. Üç nəfər Marbeldəki restoranlardan birində saxlanılıb. İlkin ehtimala görə, onlar İspaniyada məskunlaşmaq istəyən digər rəqib qrupun üzvünü qətlə yetirməyi planlaşdırırdı.
Hər üç nəfər qəsdən adam öldürmə, cinayətkar qruplaşma üzvlərinə saxta sənədlərin düzəldilməsi maddələri ilə ittiham olunur. Axtarış zamanı onların adında Polşa və Ukraynaya aid saxta sənədlər də aşkarlanıb.
İstintaq hələ iyulun əvvəlində başlanılıb. İspaniyanın hüquq-mühafizə orqanları Marbeldə “Avropada ən vacib “qanuni oğru” ilə əlaqəsi olan bir neçə nəfərdən şübhələnib. Həmin şəxslər Litvadan təşkilatı idarə edirmiş. Polisin məlumatında bildirilir ki, saxlanılan 129 nəfərin içərisində yeddi “qanuni oğru” da olub.
Polisin məlumatına görə, A.S inisialı erməni İspaniyada məskunlaşmış qrupun liderinə Litvaya gələrək klanlar arasında problemi həll etməyi əmr edib.
Tərcümə: S.Xankişiyeva