Övladlarını pedofilə satan valideynlər həbs edilib
Almaniyada bir cütlük övladlarını pedofillərə satdıqları üçün həbs ediliblər.
1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, ata-ana 9 yaşlı oğlan övladlarını internet üzərindən satışa çıxarıblar.
Məhkəmənin hökmü ilə cütlük həbs edilib.
48 yaşlı ana 12 il 6 ay, 39 yaşlı ata isə 12 il həbs cəzasına məhkum edilib. Müstəntiqlər bu günə qədər gördükləri ən qorxunc uşaq istismarı ilə üzləşdiklərini etiraf ediblər.
Məlum olub ki, həbs edilən cütlük Almaniyanın cənubi-qərbindəki Staufen şəhərində üzə çıxarılan pedofil şəbəkəsinin bir parçasıdır. Eyni zamanda məlum olub ki, cütlük 9 yaşlı uşağı özləri də istismar ediblər.
S.Xankişiyeva
756