Gecə saatlarında dəhşət: 9-cu sinif şagirdini maşında... | 1news.az | Xəbərlər
Dünya

Gecə saatlarında dəhşət: 9-cu sinif şagirdini maşında...

16:59 - 07 / 08 / 2018
Gecə saatlarında dəhşət: 9-cu sinif şagirdini maşında...

Rusiyanın Altay Respublikasında dəhşətli hadisə baş verib.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Ust-Koks qəsəbəsində yerli məktəbin doqquzuncu sinfinin qız şagirdini əvvəl zorlayıb, daha sonra isə boğublar.

Həddi-buluğa çatmamış qızı "Toyota" markalı avtomobilin salonunda, boynu avtomobilin qapısına iplə bağlanmış halda aşkarlayıblar.

Mənbənin verdiyi məlumata görə, hadisə avqust 2-də gecə baş verib. Məktəbli qız gündüz anasından icazə alaraq rəfiqəsinin evinə gecələməyə gedib. Gecə isə rəfiqəsinin evindən Danil adlı 25 yaşlı sevgilisi ilə görüşə çıxıb. Danil dostundan avtomobilin açarlarını xahiş edib. Cavan insanlar cinsi münasibətdə olarkən musiqini dinləmək fikrində idilər.

Maşının sahibi səhər qızın cansız bədənini avtomobildə aşkar edib. Hamı Danili axtarmağa başlayıb, amma onun cəsədini evlərində aşkar ediblər. Onun intihar etdiyi ehtimal edilir.

Mənbə qeyd edir ki, cinayət işinin araşdırılması şübhəlinin ölümü ilə bitə bilər, amma qızın anası işin daha ətraflı tədqiqatında təkid edir.

1news.az

Paylaş:
2293

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər