Apellyasiya məhkəməsi Koçaryanın şikayətinə avqustun 9-da baxacaq | 1news.az | Xəbərlər
Ermənistan

Apellyasiya məhkəməsi Koçaryanın şikayətinə avqustun 9-da baxacaq

09:58 - 07 / 08 / 2018
Apellyasiya məhkəməsi Koçaryanın şikayətinə avqustun 9-da baxacaq

Ermənistanın apellyasiya məhkəməsi eks-prezident Robert Koçaryanın şikayətinə avqustun 9-da baxacaq.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Koçaryanın vəkili Aram Orbelyan bildirib.

Daha əvvəl Koçaryanın digər vəkili Ayk Alumyan eks-prezidentin həbsinin hüquqi məntiqə zidd olduğunu deyib. Onun sözlərinə görə, əgər Koçaryan istintaqdan yayınmaq istəsəydi, Ermənistana qayıtmazdı.

Xatırladaq ki, Koçaryan iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilib. O, 2008-ci ildə konstitusiya qurluşunu ı devirməkdə ittiham olunur. Martın 1-də 2008-ci ildə prezident seçkisindən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının məlumatlarını tanımaqdan imtina edərək İrəvan küçələrinə çıxıb. Paytaxtda nümayişçilərə qarşı hərbi güc istifadə edilib və 10 adam ölüb.

P.Sultanova

Paylaş:
581

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər