ABŞ-ın və "Taliban"ın hücumları 50 nəfərin həyatına son qoydu | 1news.az | Xəbərlər
Dünya

ABŞ-ın və "Taliban"ın hücumları 50 nəfərin həyatına son qoydu

10:49 - 07 / 08 / 2018
ABŞ-ın və "Taliban"ın hücumları 50 nəfərin həyatına son qoydu

ABŞ-ın hava qüvvələrinin aviazərbələri və  "Taliban" qruplaşmasının hücumu nəticəsində  Əfqanıstanın Loqar əyalətində dinc sakinlər və təhlükəsizlik qüvvələrinin üzvləri daxil olmaqla 50 nəfər həlak olub.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki,  “Taliban” yaraqlıları müxtəlif istiqamətlərdən koordinasiyalı şəkildə hücumlar həyata keçiriblər.

"Təhlükəsizlik qüvvələrinin 35 əməkdaşı və dinc sakinlər həyalarını itirib. Daha 15 polis əməkdaşı isə ABŞ-ın hava zərbələrindən həlak olub”, məlumatda deyilir.

“Taliban” təmsilçisi Zabihullah Mucahid hücumu təsiqləyib, amma zərər çəkənlər barədə məlumat verməyib.

P.Sultanova

Paylaş:
551

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər