Xanım baş nazirdən ermənilərə zərbə
Yeni Zenlandiyanın baş naziri xanım Casinda Ardern ölkəsinin qondarma “erməni soyqırımı”nı tanımasının əleyhinə çıxış edib.
1news.az xəbər verir ki, bu ölkədəki erməni komitəsi baş nazirə müraciət edərək parlamentin qondarma “soyqırımı” tanıması ilə bağlı vəziyyəti çətinləşdirməməyə, həmçinin bu məsələnin Türkiyə və Ermənistan arasında həll olunmasına dair əvvəlki mövqeyindən çəkinməyə çağırıblar.
Yeni zelandiyalı ermənilər hökumət başçısının bu yanaşmadan məyus olduqlarını deyiblər.
Xanım baş nazir bəyan edib ki, Yeni Zelandiya 1915-ci il hadisələrini "soyqırım" terminini ilə ifadə etməyəcək və bu məsələyə baxılmasını iki ölkənin ixtiyarına buraxacaq.
Hazırda bu ölkədəki ermənilər qondarma "soyqırım"la bağlı lobbiçiliyi davam etdirirlər.
P.Sultanova