Bir butulka qum oğurladı, 1000 avro cərimələndi | 1news.az | Xəbərlər
Dünya

Bir butulka qum oğurladı, 1000 avro cərimələndi

17:05 - 08 / 08 / 2018
Bir butulka qum oğurladı, 1000 avro cərimələndi

İtaliyanın məşhur Sardinya adasından çimərlik qumunu oğurlayan ingilis turist 1000 avro məbləğində cərimələnib.

Belə ki, turist plastik şüşə dolu qumla polis nəzarətindən keçərkən saxlanılıb.

Ağ və narın qumları olan sahillər İtaliyanın ən gözəl çimərlikləri sırasındadır. Bu xəzinəni qorumaq üçün 2017-ci ildə çıxarılan qanuna əsasən, buradan daş, qum və balıqqulağı kimi maddələrin götürülməsi qadağan edilib. Qum oğruları 500-3000 avro arasında cərimə nəzərdə tutulub.

Bu hallara Sardinya hava limanında tez-tez rast gəlinir. Aeroportda hələ ötən il ərzində 200 kiloqramdan çox sahil qumunun oğurlanması faktı aşkarlanıb.

S.Xankişiyeva

 

Paylaş:
848

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər