Azərbaycan və İran arasında ilk birgə konsulluq iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İran arasında ilk birgə konsulluq iclası keçirilib

09:28 - 08 / 08 / 2018
Azərbaycan və İran arasında ilk birgə konsulluq iclası keçirilib

Azərbaycan və İran arasında ilk birgə konsulluq iclası keçirlib.

1news.az “Tehran Times”ə istinadla xəbər verir ki, İranın paytaxtı Tehran şəhərində baş tutan iclasa hər iki ölkə XİN-lərinin konsulluq  bölmələrinin direktorları rəhbərlik edib.

Görüşdə, tərəflər viza rejiminin sadələşdirilməsi prosesində əldə edilmiş tərəqqidən məmnunluq ifadə ediblər, məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı, məhkumların transferi, cinayət törətmiş şəxslərin ekstradisiyası, narkotik maddələrin ticarəti və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərini müzakirə ediblər.

Həmçinin, ikitərəfli razılaşmaların tam şəkildə tətbiq edilməsinin vacibliyi vurğulanıb.

P.Sultanova

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər