Körpənin həyatını qurtaran polis ölkəsində “qəhrəman” elan edildi – VİDEO
ABŞ-da restoranların birində gözlənilməz hadisə yaşanıb.
1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Florida ştatında bir qadın iki uşağı ilə birlikdə alış-veriş etdikdən sonra restoranda nahara əyləşib. Ancaq bu zaman 14 aylıq körpəsi toyuq sümüyündən boğulmağa başlayıb. Uşağı üzüstə çevirib kürəyinə vuran ananın cəhdləri uğursuz olub. Kənardan ananın köməyinə çatan polislərdən biri eyni hərəkəti təkrarlayaraq uşağı üzüstə çevirib. Əvvəlcə yüngülcə körpənin kürəyinə vuran polis bir qədər sonra güclü şəkildə vurmağa başlayıb.
Polisin müdaxiləsi uşağın həyatını xilas edib. Şok keçirən ananı ətrafdakı insanlar sakitləşdirib. O isə qızının həyatını xilas edən polisi "cənnətdən gələn mələk" adlandırıb. Görüntüdəki polis əməkdaşı artıq ölkəsində "qəhrəman" elan edilib.
1news.az