Röyanın klipində çəkilən fransız məşhur Moskvada döyüldü - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Röyanın klipində çəkilən fransız məşhur Moskvada döyüldü - VİDEO

10:41 - 08 / 08 / 2018
Röyanın klipində çəkilən fransız məşhur Moskvada döyüldü - VİDEO

Məşhur fransız aktyoru, "Taksi" filminin ulduzu Sami Nasiri Moskvadakı klubların birində döyülüb.

1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, aktyor qardaşı ilə birgə gecə klubunda istirahət  zaman bir nəfərlə mübahisə edib.

Aktyora xəsarət yetirən şəxs klubdan qaçıb. Həkimlər ona qapalı kəllə beyin zədəsi diaqnozu qoyublar əməliyyat ediblər. Əməliyyat uğurla keçib. Rusiya Səhiyyə Nazirliyi onun zədələrinin ağır olduğunu bildirib.

S.Nasirinin Moskvaya nə üçün gəldiyi bəlli deyil. Hazırda polislər tərəfindən hadisə araşdırılır.

Xatırladaq ki, fransız məşhur azərbaycanlı müğənni Röyanın "Günahsız günahım" mahnısının klipində çəkilib.

1news.az

Paylaş:
2057

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər