63 yaşlı qadın 46 illik evliliyindən xəbərsiz olub
Türkiyədə qəribə hadisə baş verib.
1news.az “hurriyet”ə istinadla xəbər verir ki, heç vaxt evli olmayan Bursa şəhərinin Kestel kəndindən olan 63 yaşlı qadın qeydiyyat nümunəsi almaq üçün əhali müdirliyinə müraciət edib.
Aidiyyatlı qurumdan onun qızlıq soyadını soruşublar. Heç vaxt evli olmayan H.S. bu suala təəccüblənib. Bildirib ki, soyadı heç zaman dəyişməyib.
Qeydiyyat aparan məmur isə isə onun 46 ildir evli olduğunu deyib. Eşitdikləindən şok keçirən qadın ətraflı məlumat tələb edib.
Əhalinin qeydiyyatına dair məlumata görə, qadın 1972-ci ildən suriyalı Məhəmməd Mahir Akbey ilə evli olması barədə xəbəri ilk dəfə Bursa əhali müdirliyindən alıb. Bəlli olub ki, bu evlilik 2018-ci ilin may ayında Türkiyədə qeydiyyata alınıb. Hətta qadının 33 yaşında bir qızı olduğu, həmin qızın cari ilin 2 avqust tarixində Türkiyə vətəndaşlığına keçdiyi də məlum olub.
Qadın bunu fırıldaqçılıq adlandırıb və polisə şikayət edib. Qadının evliliyini isə Qaziantep əhali müdirliyində məmur A.K. qeydiyyata alıb.
1news.az