Sarkisyan Xankəndidədir – FOTO
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan məzuniyyətdən sonra vətəninə qayıdıb və daha sonra Xankəndinə gəlib.
1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı “Joxovurd” məlumat yayıb.
Ermənistanın sabiq prezidenti 10 gün əvvəl ölkəni tərk edib və bəzi məlumatlara görə, İtaliyaya istirahətə yollanıb.
Məzuniyyətdən qayıtdıqdan sonra Sarkisyan Yerevanda qısa müddət qalıb, bundan sonra anasını görmək üçün Qarabağa gəlib. Artıq üç gündür ki Sarkisyan Xankəndidədir.
Üçüncü prezidentin ofis rəhbəri Naira Petrosyan Sarkisyanın Ermənistana qayıtdığını təsdiqləyib.
S.Xankişiyeva
691