Bakıda Xəzər dənizi ilə bağlı sahilyanı ölkələrin iclası keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Xəzər dənizi ilə bağlı sahilyanı ölkələrin iclası keçiriləcək

12:34 - 14 / 08 / 2018
Bakıda Xəzər dənizi ilə bağlı sahilyanı ölkələrin iclası keçiriləcək

Xəzər dənizi üzrə xarici işlər nazirlərinin müavinləri və ya Xəzər dənizi ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası bu ilin payızında Azərbaycanda keçiriləcək.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

“Aktauda keçirilmiş V Xəzər zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikeyə uyğun olaraq Xarici İşlər Nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə xarici işlər nazirlərinin müavinləri və ya Xəzər dənizi ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası bu ilin payızında Azərbaycanda keçiriləcək”- deyə, H.Hacıyev bildirib.

1news.az

Paylaş:
1479

Son xəbərlər

Bütün xəbərlər