Xaçatryan: Serj Sarkisyan dindiriləcək | 1news.az | Xəbərlər
Ermənistan

Xaçatryan: Serj Sarkisyan dindiriləcək

14:59 - 16 / 08 / 2018
Xaçatryan: Serj Sarkisyan dindiriləcək

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2008-ci il martın 1-də Yerevandakı hadisələrlə bağlı dindiriləcək.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan bildirib.

"Dəfələrlə deyildiyi kimi  bu işlə əlaqəsi olan hər kəs sorğulanacaq. Həmçinin, Serj Sarkisyan”, o vurğulayıb.

Sarkisyanın nə vaxt dindiriləcəyinə gəlincə, Xaçatryan bildirib ki, bu barədə müstəntiq aparılan istintaqa əsasən qərar verəcək.

P.Sultanova

Paylaş:
638

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər