Pens Türkiyəni Trampın səbrini sınamamağa səsləyib | 1news.az | Xəbərlər
Dünya

Pens Türkiyəni Trampın səbrini sınamamağa səsləyib

09:17 - 16 / 08 / 2018
Pens Türkiyəni Trampın səbrini sınamamağa səsləyib

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəyə “Trampın səbrini sınamamağa” dair xəbərdarlıq edib və amerikalı rahib Endryu Bransonu azad etməyə çağırıb.

Bu barədə 1news.az RİA Novosti-yə istinadla xəbər verir.

“Rahib Endryu Branson Türkiyədə saxlanılan günahsız insandır. Prezident və mən Branson azad olana qədər səylərimizi davam etdirəcəyik”, - Pens “Twitter” səhifəsində yazıb.

Öz növbəsində Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert qeyd edib ki, ABŞ və Türkiyə rahibin taleyini müzakirə etmək üçün görüş planlaşdırmayıblar.

“Diplomatik səylər davam edir. Əminəm ki, nə vaxtsa gələcəkdə Türkiyə hökuməti ilə rahib Branson və digər amerikalıların talelərini müzakirə edə biləcəyik”, - Nauert əlavə edib.

S.Xankişiyeva

 

Paylaş:
634

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər