Boliviyada 7 rəqqas faciəli şəkildə ölüb | 1news.az | Xəbərlər
Dünya

Boliviyada 7 rəqqas faciəli şəkildə ölüb

12:20 - 17 / 08 / 2018
Boliviyada 7 rəqqas faciəli şəkildə ölüb

Boliviyanın La-Pas şəhərində bir mikroavtobus festivala hazırlaşan rəqqasları vurub.

1news.az  RİA-Novosti-yə istinadla xəbər verir ki, mikroavtobusun təkərlər altında qalan yeddi rəqqas dünyasını dəyişib.

Yol Hərəkəti Departamentinin rəhbəri Xose Kaviades qəzanın maşında yaranmış mexaniki problemlər səbəbindən baş verdiyini bildirib. Sürücü hadisə yerindən qaçıb.

Təşkilatçılar baş vermiş faciəyə baxmayaraq festivalı ləğv etməmək barədə qərar veriblər. Onların sözlərinə görə, bu, artıq bağlanmış müqavilələrə ciddi zərər gətirəcək.

1news.az

 

Paylaş:
738

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər