Prezident Qani Qurban bayramı ilə əlaqədar “Taliban”la atəşkəs elan edib | 1news.az | Xəbərlər
Dünya

Prezident Qani Qurban bayramı ilə əlaqədar “Taliban”la atəşkəs elan edib

09:27 - 20 / 08 / 2018
Prezident Qani Qurban bayramı ilə əlaqədar “Taliban”la atəşkəs elan edib

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar “Taliban” qruplaşması ilə atəşkəs elan edib.

1news.az xəbər verir ki, bu barədə prezident Qani öz “Twitter” səhifəsində yazıb.

Atəşkəs Həcc ziyarətinin sonuncu gününədək davam edəcək.

“TOLO News” portalının məlumatına görə, “Taliban” Əfqanıstan prezidenti tərəfindən birtərəfli atəşkəsin elan edilməsinə hələ cavab verməyib. Ancaq əsir götürülən yüzlərlə insanın azad ediləcəyi barədə məlumat yayıb.

Xatırladaq ki, bir neçə gün öncə “Taliban” yaraqlılarının nümayəndəsi Qurban bayramı günlərində atəşkəs elan edilməsini nəzərdən keçirdiklərini bildiriblər.

1news.az

Paylaş:
587

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər