"Taliban" yaraqlıları sərnişin avtobuslarını qaçırıb
"Taliban" hərəkatının yaraqlıları Əfqanıstanın şimalında, Künduz vilayətində 3 sərnişin avtobusunu qaçırıblar.
1news.az əfqan mediasına istinadla xəbər verir ki, sərnişinlərin xilas edilməsi üçün əraziyə qoşun göndərilib və hazırda döyüş gedir.
Avtobuslarda 170-dən çox sərnişinin olduğu bildirilir.
Qeyd edək ki, son günlərdə "Taliban" hərəkatının üzvləri fəallaşıblar. Əfqanıstan prezidenti Əşrəf Qaninin Qurban bayramı ilə əlaqədar "Taliban"la atəşkəs elan etməsinə qarşı tərəfdən hələ ki, cavab gəlməyib.
1news.az
561