Gürcüstan prezidenti müsəlmanları təbrik edib | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan prezidenti müsəlmanları təbrik edib

16:19 - 22 / 08 / 2018
Gürcüstan prezidenti müsəlmanları təbrik edib

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili müqəddəs Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Gürcüstanın dövlət başçısı “Facebook”dakı səhifəsində paylaşdığı təbrik məktubunda Qurban bayramının birlik, xeyriyyəçilik və humanistlik bayramı olduğunu vurğulayıb, müsəlmanlara uğurlar və tərəqqi arzulayıb.

Prezident Gürcüstan əhalisinin ayrılmaz tərkib hissəsi olan müsəlmanların bu ölkənin inkişafındakı rolunu xüsusi qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
712

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər