Ukrayna polisi qadın alverində ittiham olunan azərbaycanlını saxlayıb | 1news.az | Xəbərlər
Dünya

Ukrayna polisi qadın alverində ittiham olunan azərbaycanlını saxlayıb

17:00 - 22 / 08 / 2018
Ukrayna polisi qadın alverində ittiham olunan azərbaycanlını saxlayıb

Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovskiy rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-i il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb.

Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan rədbiri seçilib.

O,başçılıq etdiyi dəstə ilə birgə 50-ə qədər ukraynalı qadını Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur.

S.Xankişiyeva

 

Paylaş:
645

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər