Yenicə toyu olan xanım nazir huşunu itirdi | 1news.az | Xəbərlər
Dünya

Yenicə toyu olan xanım nazir huşunu itirdi

17:00 - 27 / 08 / 2018
Yenicə toyu olan xanım nazir huşunu itirdi

Avstriyanın xarici işlər naziri Karin Knaysl  Alpbax şəhərində keçirilən Avropa Forumu zamanı huşunu itirib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, Avstriya XİN-in nümayəndəsi Tomas Şnell xanım nazirin özünü bir qədər pis hiss etdiyini və zəiflədiyini deyib.

Şahidlərin sözlərinə görə, XİN rəhbəri bir müddət huşsuz vəziyyətdə qalıb. Həkimlər təcili olaraq ona  kömək göstərib.

"Xanım Knaysl oteldəki nömrəsində dincəlir və artıq özünə gəlib”, - Şnell deyib.

Qeyd edək ki, XİN rəhbərinin bu günlərdə toyu olub.

1news.az

Paylaş:
592

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər