Azərbaycan XİN Yerevanın Hindistandan silah alması niyyəti barədə

Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın Hindistandan silah alması planlarını öyrənir.
Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Bu məsələ hindistanlı tərəfdaşlarımızla müzakirə olunacaq", o əlavə edib.
Xatırladaq ki, ermənilərin MLRS Pinaka-nı almasının mümkünlüyü barədə məlumatı The Times of İndia Silahların Tədqiqatı və İstehsalatı Fondunun direktoru K.M. Racaya istinadən yayıb.
Onun sözlərinə görə, erməni nümayəndə heyəti bu sistemlə tanış olub, nəticələr isə əladır. Ermənistan silahın hər iki variantına maraq göstərir, hazırda tərəflər arasında danışıqlar aparılır.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan isə öz növbəsində bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Hindistan rəsmiləri ilə görüşüb və silahlarla tanış olub: "Onlardan bəziləri xüsusi maraq doğurur".
1news.az