Koçaryan Sarkisyana qarşı: Hakimiyyəti saxlamaq üçün cəhdlər etməli deyildi
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hakimiyyəti saxlamaq üçün cəhdlər etməli deyildi.
1news.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiyanın NTV telekanalına müsahibəsində deyib.
"Hesab edirəm ki, Sarkisyan bu konstitusiya islahatını həyata keçirməməli idi. Mən o zaman da bu islahatı açıq şəkildə tənqid etdim və əlbəttə ki, hakimiyyəti saxlamağa, kreslonu baş nazir postuna dəyişmyə cəhd göstərməli deyildir”, Koçaryan bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanda baş verənlər sərhəd tanımayan populizmdir:
Paşinyanın onun siyasətə qayıda bilməsi şansının olmamasına dair açıqlamsını da şərh edən Koçaryan deyib ki,o, artıq qayıdıb:
“Mən 10 il Ermənistanın prezidenti olmuşam. Bu 10 il ərzində Ermənistanın ÜDM-i beş dəfə , dövlət büdcəsi 8 dəfə artıb. Hər il 35-40 min iş yeri yaratdıq. 10 ildir ki, siyasətdən uzaqlaşmışam, bəlkə də hamı görülən işləri xatırlamır. Biz bunu xatırladacağıq. Məncə bütün bu prosesdə iştirak edən insanlar - biznesini yaradıb, iqtisadiyyatı qaldıranlar – həmin seçki bazasını təşkil edəcəklər”.
Onun sözlərinə görə, hazırda Ermənistanda baş verənlər sərhəd tanımayan populizmdir: “Son mitinqdə Ermənistanın de-fakto yeni bir dövlət idarəçiliyi sistemi qurulduğu və inqilabçı meydanın xalqın hakimiyyətinin ən ali orqanı elan edildi. Mən sitat gətirirəm, bu zarafat deyil. Bizim konstitusiyamızda meydanın xalq hakimiyyətinin ən yüksək orqanı olması göstərilməyib. Bu, yalnız təcrübənin olmaması məsələsi deyil, həmçinin idarəetmədə dövlət mexanizmi nədir, səlahiyyətlərin bölünməsi nədir, bu məsələlərdə ümumi yanlış anlamadan irəli gəlir.
Koçaryan hesab edir ki, cari "inqilabi eyforiya” uzun davam edə bilməz: "Siz insanların daha yaxşı yaşayışına səbəb olan bir inqilab nümunə gətirə bilərsiniz? .. Bəlkə bu Misirdir, bəlkə Tunisdir, Suriya, yaxud Liviyadır? Yaxud Ukrayna, Gürcüstandır? Bu, ərazinin itirilməsidır. Mənə bir nümunə verin. Mən bizdə daha yaxşı olması üçün heç bir səbəb görmürəm".
P.Sultanova