XİN: Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlərdə inkişaf edir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlərdə inkişaf edir

13:55 - 30 / 08 / 2018
XİN: Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlərdə inkişaf edir

Rusiya və Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir.

1news.az xəbər verir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib: "Əsas odur ki, bütün istiqamətlərdə - humanitar, siyasi, iqtisadi sahələrdə münasibətlər inkişaf edir. Əlbəttə ki, bütün istiqamətləri bir-bir sadalamaq mümkün deyil".

XİN rəsmisi bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı çox müsbət tendensiyadır.

Qeyd edək ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Ötən il iki ölkə diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edib. Ölkələr arasında indiyədək 170-dən çox sənəd imzalanıb.

1news.az

Paylaş:
568

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər