Qadın terapist 14 yaşlı oğlanla cinsi əlaqədə olarkən tutuldu, həbs edildi
28 yaşlı qadın yaşı 18-dən az olan oğlanla cinsi əlaqədə olduğuna görə azadlıqdan məhrum edilib.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, ABŞ-da əxlaqsızlıqla məşğul olan Sara Makqill (Sarah McGill) otel otağında 14 yaşlı oğlanla yatdığına görə həbs olunub.
Əvvəllər özünə məxsus klinikası olan və hipnoterapist işləyən Sarahın oğlanla cinsi əlaqə müqabilində 450 dollar aldığı aşkarlanıb.
İngiltərə vətəndaşı olan Sara bu əməlinə görə ölkədən deportasiya edilib. Öz ölkəsinə göndərilən qadın 5 il müddətinə həbs cəzası alıb.
Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq cinayətdir.
1news.az
1995